Azərbaycan Turizm və Menecment Universiteti 2023/2024-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə təkrar ali təhsil almaq üçün qəbul elan edir:

post-img

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Azərbaycan Turizm və Menecment Universiteti

2023/2024-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə təkrar ali təhsil almaq üçün qəbul elan edir:

• Turizm işinin təşkili

• Turizm bələdçiliyi

• Menecment 

• Marketinq 

• Maliyyə

• Mühasibat

• Qida mühəndisliyi

• Nəqliyyatda servis (nəqliyyat növləri üzrə)

• Sosial iş

• Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması

• Beynəlxalq münasibətlər

• Dövlət və bələdiyyə idarəetməsi

Təkrar ali təhsil almaq üçün əvvəlki ali təhsili və ya ha­zırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər ATMU-nun müəyyənləşdirdiyi qaydaya əsasən müsabiqə­də iştirak edə bilərlər.

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

• təhsil müəssisəsi rəhbərinin adına ərizə;

• ali təhsil haqqında sənədin (diplomun) notarial qay­dada təsdiq edilmiş surəti və qiymət kitabçasından çıxarış;

• əmək kitabçasından çıxarış;

• şəxsiyyət vəsiqəsinin surəti;

• 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil.

Sənədlər 2023-cü il iyunun 5-dən avqustun 5-dək həftənin I-V günləri saat 9.00-dan 17.00-dək ATMU-nun əsas korpusunda qəbul edilir.

Təkrar ali təhsil almaq üçün ATMU-ya sənədlərini təq­dim etmiş şəxslərlə ATMU-da yaradılan komissiya müsa­hibə aparır. Müsahibədən uğurla keçənlər seçdikləri əlavə təhsil ixtisası üzrə təkrar ali təhsil alan tələbələr sırasına qəbul edilirlər. Təkrar ali təhsil almaq şansı əldə etmiş və tələbələr sırasına qəbul olunmuş şəxslər əvvəlki ali təhsil ixtisaslarının uyğunluğundan asılı olaraq müvafiq ixtisas­lara qəbul edilir və onlar üçün təhsil müddəti müəyyən­ləşdirilir.

Təhsil Azərbaycan dilindədir. 

Xaricdə təhsil almış şəxslər təkrar ali təhsil almaq üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində müvafiq prosedur (nostrifikasiya) keçməklə şəhadətnamə aldıqdan sonra sənədlərini təqdim edə bilərlər.

Təhsil ödənişlidir. Təhsil haqqı ixtisaslara uyğun olaraq müəyyənləşdirilir.

Qeyd- sənəd təqdim edənlər həmçinin elektron forma­da Elm və Təhsil Nazirliyinin www.portal.edu.az saytın­dan da qeydiyyatdan keçməlidirlər. Yuxarıda qeyd olunan sənədlərin hər birinin sistemə yüklənməsi vacibdir.

Telefonlar- (+99412) 5644233 (daxili: 125), (+99412) 5645411.

Email: [email protected] URL: www.atmu.edu.az

Ünvan-AZ 1072, Bakı, K.Rəhimov küçəsi 822/23-cü məhəllə.

Azərbaycan Turizm və Menecment Universiteti

Reklam və elan