“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC AÇIQ TENDER ELAN EDİR

post-img

Lot - 1. Bakı şəhəri ərazisində səkilərdə, həyətlər­də, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması. 

Tender iştirakçılarına təklif olunur ki, öz tender tək­liflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetir­mək üçün tender iştirakçıları lazımi maliyyə imkanla­rına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstə­rilən hesaba köçürdükdən sonra müsabiqə üçün təklif­lərini təqdim edə bilərlər (əlaqələndirici şəxs - Əhməd Məmmədov 496-52-05) . 

İştirak haqqı 3000,00 manatdır. 

İştirak haqqı heç bir halda qeri qaytarılmır. 

İddiaçılar tenderdə iştirak haqqını aşağıdakı hesa­ba köçürməlidirlər: Təşkilat-Bakı Şəhər İcra Hakimiy­yətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti

H/h- AZ22IBAZ38030019446253269215 

VÖEN-1702563281 

Kod- 805625

VÖEN- 9900001881 

M/h- AZ03NABZ01350100000000002944 

SWİFT-IBAZAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədlə­ri təqdim etməlidirlər: 

- tenderdə iştirak etmək üçün ərizə; 

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; 

- tender təklifi tender zərflərinin açıldığı gündən sonra azı 100 bank günü təşkil etməlidir; 

- tender təklifinin 1 faizi həcmində bank təminatı;

- tender təklifi təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır;

- müqavilənin yerinə yetirilməsinin təminatı müqa­vilənin yerinə yetirilmə müddətindən sonra 30 bank günü çox olmalıdır. Müqavilənin yerinə yetirilməsi tə­minatı 5 faizdir;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini da­yandırdığı müddət nəzərə alınmadan) vergi ödəyici­sinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə sənəd;

- mənfəət vergisinin bəyannaməsi (2022-ci ili əhatə etməli və hesabat vergi orqanı tərəfindən məktubla təsdiq edilməlidir. Təsdiq məktubu elektron qaydada əldə olunduqda notarial təsdiqlı təqdim edilməlidir); 

- maliyyə vəziyyəti haqqında hesabat, mənfəət və zərər haqqında hesabat, kapitalda dəyişiklik­lər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabat. (2022-ci ili əhatə etməli və hesa­batlar müstəqil auditor tərəfindən təsdiq olunmalıdır); 

- öz əmlakından sərbəst və məhdudiyyətsiz isti­fadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyul­maması, ödənişə yönəlmiş girovun olmaması və məh­kəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırıl­mış şəxs olmaması barədə sənəd;

- iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış; 

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; 

- iddiaçının oxşar təyinatlı və analoji işlər sahəsin­də azı 3 milyon manat həcmində müqavilələri və təhvil - təslim aktları təqdim edilməlidir; 

- satınalma prosedurlarının başlanmasından əvvəl­ki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məh­kum olunmaması,yaxud onların müvafiq peşə fəaliy­yətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;

- iddiaçının texniki imkanları barədə məlumat (əsas şərtlər toplusuna əsasən); 

- müvafiq kadr imkanları barədə məlumat (əsas şərtlər toplusuna əsasən);

- sahibkarlıq subyektinin meyarını müəyyən edən sənəd; 

- müvafiq fəaliyyət sahəsini həyata keçirmək üçün lisenziya (əlavələri ilə birlikdə).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tər­cümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları tender komissiyasına yazılı şəkildə ünvanlaya bilərlər. 

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçi­riləcəkdir. 

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilə­rinə aid sənədləri 3 iyul 2023-cü il saat 17.00-a, ten­der təkliflərini və tender təkliflərinin təminatlarını isə möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə Bakı, Nəcəfqulu Rəfiyev küçəsi 17 nömrəli ünvana 13 iyul 2023-cü il saat 17.00-a qədər təqdim etməlidirlər. 

İddiaçıların təklifləri 14 iyul 2023-cü il saat 10.00-da Bakı, Nəcəfqulu Rəfiyev küçəsi 7 nömrəli ünvanda açılacaqdır. 

İddiaçıların səlahiyyətli nümayəndələri açılış pro­sedurunda iştirak edə bilərlər.

 

Tender komissiyası

Reklam və elan