“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

post-img

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 688; 2000, № 7, maddə 494; 2002, № 8, maddə 464; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 202; 2005, № 10, maddələr 874, 876, 902; 2006, № 11, maddə 927; 2007, № 1, maddə 1, № 2, maddə 82; 2009, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010, № 11, maddə 944; 2011, № 4, maddə 269, № 7, maddə 611, № 11, maddə 987; 2012, № 6, maddə 519; 2014, № 3, maddə 237; 2016, № 6, maddələr 1012, 1017; 2017, № 12 (I kitab), maddə 2238; 2018, № 2, maddə 146; 2020, № 7, maddə 856; 2021, № 5, maddə 432; 2022, № 8, maddə 831, № 12, maddə 1367) aşağıdakı dəyişikliklər edilsin:

1. 8-ci maddənin birinci hissəsinin altıncı abzası və 14-1-ci maddə ləğv edilsin.

2. 12-ci maddə üzrə:

2.1. beşinci hissənin üçüncü abzası ləğv edilsin;

2.2. on üçüncü hissədən “Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru,” sözləri çıxarılsın.

3. 16-cı maddənin birinci hissəsindən “Naxçıvan Muxtar Respublikası Hərbi prokurorunun,” sözləri çıxarılsın.

4. 29-cu maddənin beşinci hissəsindən “Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru,” sözləri çıxarılsın.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 aprel 2023-cü il

Qanunlar