“Su-25” təyyarələrimizdəki qırmızı ulduzlar nəyi ifadə edir?

post-img

Xəbər verdiyimiz kimi, “Anadolu Qartalı 2023” təlimi Türkiyənin ev sahibliyi ilə Konyadakı 3-cü Əsas Reaktiv Baza Komandanlığında beynəlxalq səviyyədə həyata keçirilir.

Mayın 2-dən 12-dək keçirilən təlimdə Türkiyə ilə yanaşı, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Britaniya, Qətər, Pakistan, NATO və Türkiyə Hava və Dəniz Qüvvələri iştirak edir. Azərbaycan təlimdə müşahidəçi statusuna malikdir.

Türkiyə müdafiə sənayesinin ən yeni məhsullarının sınaqdan keçirildiyi təlimdə Azərbaycanın Qarabağ müharibəsindəki hərbi əməliyyatlarda istifadə olunmuş iki “Su-25” döyüş təyyarəsi də yer alır.

“Su-25”də diqqəti çəkən məqamlardan biri təyyarələrdəki qırmızı ulduzlar olub. Həmin ulduzlar müharibə zamanı təyyarənin vurduğu hədəflərin sayını ifadə edir.

Rizvan FİKRƏTOĞLU, 
“Xalq qəzeti”



Ordu