Vens: TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq

post-img

Biz Azərbaycana bəzi məsələlərdə, o cümlədən su təchizatı baxımından imkanlar yaradacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bilirib ki, artıq TRIPP layihəsi də həyata keçirilir və bu, Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq və təbii ehtiyatlar daha rahat şəkildə ixrac oluna biləcək. Onun sözlərinə görə, bu, Ermənistanla Azərbaycan arasında sülh sazişinin dayanıqlığına təkan verəcək.

Siyasət