Kamandan oxatanlarımız Avropa Çempionatında

post-img

Azərbaycanın kamandan oxatma üzrə milli komandası növbəti mötəbər qitə birinciliyinə yollanır. Seçmə komandamız fevralın 16-dan 21-dək Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək “Qapalı məkanda kamandan oxatma üzrə Avropa Çempionatı”nda ölkəmizi təmsil edəcək. Turnirdə Yaylagül Ramazanova, Fatimə Hüseynli, Məhəmmədəli Əliyev, Lalə Əbdürəhmanova, Nilufər Ağaməmmədli, Lalə İsmayılova, Yağmur Qurbanlı, Sərdar Vəliyev, Nurlan Rəhimli və Hüseyn Məhərrəmov güclərini sınayacaqlar.

​Proqrama əsasən, milli komandamızın üzvləri fərdi, komanda və qarışıq (mixed) yarış növlərində mübarizə aparacaqlar.

Qabil YUSİFOĞLU
XQ



















İdman