Türkiyənin aprel ayında ixrac etdiyi hərbi məhsullarının dəyəri açıqlanıb

post-img

Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin aprelində 418.1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bunu Türkiyə İxrcatçılar Məclisi (TİM) açıqlayıb.

Məlumat üçün qeyd edək ki, 2022-ci il aprel ayı ilə müqayisədə bu rəqəm 390.4 milyon ABŞ dolları təşkil etmişdi. Belə ki, 2023-cü ilin aprel ayında ixrac olunan məhsulların dəyəri artıb.

Xatırladaq ki, 2023 il üçün ixracat hədəfi 6 milyard dollar olaraq müəyyənləşdirilən Türkiyə müdafiə sənayesinin cari ilin ilk 4 ayı ərzindəki ixracı 1.5 milyard ABŞ dollarını ötüb.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Ordu