Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 172 Bakı şəhəri, 31 may 2023-cü il

“Hamilə və ya bir yaşına çatma­mış uşağı olan qadınların əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeral­tı işlərin siyahısı”nın və “Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların iş yerlərində təmasda olması qadağan olunan zərərli is­tehsalat amillərinin siyahısı”nın və onların tətbiqi qaydalarının təsdiq edilməsi və “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin si­yahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr ta­rixli 170 nömrəli Qərarının ləğv edil­məsi barədə

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası­nın 2022-ci il 5 noyabr tarixli 629-VIQD nömrəli Qanununun tətbiqi və “Azər­baycan Respublikası Əmək Məcəlləsi­nin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Res­publikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Pre­zidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 noyabr tarixli 1893 nömrəli Fərmanının 1.2-ci bən­dinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Hamilə və ya bir yaşına çatma­mış uşağı olan qadınların əməyinin tət­biqi qadağan olunan əmək şəraiti zərər­li və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siya­hısı” təsdiq edilsin (1 nömrəli əlavə). 

2. “Hamilə və ya bir yaşına çatma­mış uşağı olan qadınların iş yerlərində təmasda olması qadağan olunan zərərli istehsalat amillərinin siyahısı” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Hamilə və ya bir yaşına çatma­mış uşağı olan qadınların əməyinin tət­biqi qadağan olunan əmək şəraiti zərər­li və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siya­hısı”nın və “Hamilə və ya bir yaşına çat­mamış uşağı olan qadınların iş yerlə­rində təmasda olması qadağan olunan zərərli istehsalat amillərinin siyahısı”nın tətbiqi qaydaları” təsdiq edilsin (3 nöm­rəli əlavə).

4. “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr tarixli 170 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 1999, № 10, maddə 604) ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları