Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 12 may tarixli 88 nömrəli, “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 40 nömrəli və “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 12 yanvar tarixli 8 nömrəli, “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli və “Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” 2019-cu il 11 fevral tarixli 45 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 467; 2014, № 4, maddə 450; 2016, № 4, maddə 820, № 6, maddə 1201, № 12, maddə 2239; 2017, № 2, maddə 307; 2018, № 11, maddə 2431; 2019, № 12, maddə 2051; 2020, № 3, maddə 340, № 5, maddə 650; 2021, № 2, maddə 205, № 6 (IV kitab), maddə 664; 2022, № 12, maddə 1552) ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.9-cu bəndinə “hazırlığı” sözündən sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşma-ların) Təsnifatı”nın sonunda göstərilmiş qeyd hissəsində müəyyən edilən xüsusi təyinatlı ali təhsil müəssisələri və” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 10, maddə 976; 2014, № 4, maddə 446; 2015, № 3, maddə 325; 2017, № 4, maddə 620, № 7, maddə 1500; 2018, № 11, maddə 2452; 2019, № 2, maddə 343, № 7, maddə 1355; 2020, № 1, maddə 81; 2022, № 6, maddə 690) ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaş-maların) Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. “Magistratura səviyyəsi üzrə” bölməsinə “XTM060010 Sərhəd təhlükəsizliyi və idarəetmə - Sərhəd təhlükəsizliyi və idarəetmə (sahələr üzrə)” sətrindən sonra “XTM060011** Dövlət təhlükəsizliyi və idarəetmə - Dövlət təhlükəsizliyi və idarəetmə (sahələr üzrə)” sətri əlavə edilsin;
2.2. Təsnifatın sonunda göstərilmiş qeyd hissəsinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“** Bu ixtisaslaşmaya aldıqları ixtisasdan asılı olmayaraq ali təhsilli hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının qəbul prosedurlarına uyğun olaraq magistraturaya qəbul oluna bilərlər.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 293; 2018, № 2, maddə 352, № 4, maddə 818; 2019, № 3, maddə 517, № 7, maddə 1356; 2020, № 1, maddə 64; 2021, № 3, maddə 294; 2022, № 6, maddə 690, № 9, maddə 1097; 2022, № 12, maddə 1552) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3.5-ci bəndə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının” sözlərindən sonra “, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının” sözləri əlavə edilsin;
3.2. 4.2-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda nəzərdə tutulduğu hallarda xüsusi təyinatlı ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyən bakalavrlara ali təhsilin bakalavriat səviyyəsində aldıqları ixtisasdan asılı olmayaraq həmin ixtisaslaşmaları seçmək hüququ verilir.”.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 343, № 11, maddə 1858; 2021, № 3, maddə 298) ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”na aşağıdakı məzmunda 149-cu hissə əlavə edilsin:
“149. XTB050109 Dövlət təhlükəsizliyi və idarəetmə”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 19 aprel 2023-cü il
№ 125