“Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 436 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 436 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2151) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi Qaydası”na 2 nömrəli əlavədə aşağıdakı dəyişikliklər edilsin:
1. Mətnindən “və əvəzində dövlət baytarlıq nəzarəti obyektinin (yükün, məhsulun) sahibinə (daşıyıcısına və ya digər səlahiyyətli şəxsə) qanunla müəyyən edilmiş qaydada və şərtlərlə həmin dövlət baytarlıq nəzarəti obyektinin (yükün, məhsulun) aşağıdakı qaydada dəyəri ödənilsin” sözləri çıxarılsın.
2. 2-ci, 3-cü və 4-cü hissələr ləğv edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 18 aprel 2023-cü il
№ 122