Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 85

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 85 Bakı şəhəri, 17 mart 2023-cü il

Azərbaycan Respublikası Təhsil Nazir­liyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabine­tinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikasında elm və təh­sil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul ta­rixli 1769 nömrəli Fərmanının 6.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2014, № 5, maddə 547; 2015, № 8, maddə 974, № 11, maddə 1417; 2016, № 4, maddə 795, № 5, maddə 955, № 6, mad­də 1192, № 9, maddə 1582, № 11, maddə 1938, № 12, maddə 2239; 2017, № 3, mad­dələr 473, 509, № 9, maddələr 1731, 1764; 2018, № 2, maddə 348, № 5, maddə 1117, № 6, maddələr 1359, 1361, № 9, maddələr 1911, 1931, № 11, maddə 2457; 2019, № 2, maddə 331, № 4, maddə 773, № 5, maddə 948; 2020, № 4, maddə 489; 2021, № 2, mad­də 194; 2022, № 8, maddə 982; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 fevral tarixli 31 nömrəli və 6 fevral tarixli 39 nömrəli qərarları) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın 8-ci hissəsində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2217; 2018, № 4, maddə 814, № 12 (II kitab), maddə 2746; 2019, № 4, maddə 763, № 6, maddə 1141; 2020, № 2, maddələr 196, 216, № 5, maddə 650, № 11, maddə 1407; 2021, № 3, maddə 269; 2022, № 10, maddə 1221) ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təh­silalanların yekun attestasiyasının aparılması Qaydaları”nın 1.4-cü bəndinin ikinci cümləsin­də, 1.5-ci və 2.1-ci bəndlərində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

3. “Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Ko­missiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 aprel tarixli 137 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 734, № 8, maddə 1459; 2022, № 2, maddə 187; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 dekabr tarix­li 429 nömrəli Qərarı) 1-ci hissəsində “təhsil” sözü “elm və təhsil” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2019-cu il 16 aprel tarixli 172 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2019, № 4, maddə 765; 2020, № 11, maddə 1378; 2022, № 2, maddə 184, № 3, maddə 254, № 8, maddə 994) ilə təs­diq edilmiş “Bakı Dövlət Universitetinin Nizam­naməsi”nin 1.1-ci, 1.3-cü (ikinci halda), 1.4-cü, 3.5-ci, 3.6-cı (ikinci halda), 4.5-ci, 4.6-cı, 4.7-ci (hər iki halda), 4.11-ci, 4.13-cü (hər üç halda), 5.5-ci, 5.6-cı, 5.11-ci, 5.13-cü, 6.1-6.3-cü bənd­lərində, 3.2.1-ci, 4.12.4-4.12.6-cı və 4.12.13-cü yarımbəndlərində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2019, № 5, maddə 964; 2020, № 9, maddə 1226) ilə təsdiq edilmiş “Orta ix­tisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisas­lar üzrə subbakalavrların qəbulu, habelə baka­lavriatı (baza ali tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə kö­çürülməsi Qaydaları”nın 2.4-cü bəndində “Təh­sil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2019-cu il 22 avqust tarixli 365 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2019, № 8, maddə 1470; 2020, № 11, maddə 1378; 2022, № 2, maddə 182, № 3, maddə 254, № 8, maddə 994) ilə təsdiq edilmiş “Azərbaycan Dövlət İqtisad Universite­tinin Nizamnaməsi”nin 1.1-ci, 1.3-cü (ikinci hal­da), 1.4-cü, 3.5-ci, 3.6-cı (ikinci halda), 4.5-ci, 4.6-cı, 4.7-ci (hər iki halda), 4.11-ci, 4.13-cü (hər üç halda), 5.5-ci, 5.6-cı, 5.11-ci, 5.13-cü, 6.1-6.3-cü bəndlərində, 3.2.1-ci, 4.12.4-4.12.6-cı və 4.12.13-cü yarımbəndlərində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2019-cu il 10 sentyabr tarixli 401 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2019, № 9, mad­də 1555; 2020, № 11, maddə 1378; 2022, № 2, maddə 182, № 3, maddə 254, № 8, maddə 994) ilə təsdiq edilmiş “Azərbaycan Dillər Universitetinin Nizamnaməsi”nin 1.1-ci, 1.3-cü (ikinci halda), 1.4-cü, 3.5-ci, 3.6-cı (ikin­ci halda), 4.5-ci, 4.6-cı, 4.7-ci (hər iki halda), 4.11-ci, 4.13-cü (hər üç halda), 5.5-ci, 5.6-cı, 5.11-ci, 5.13-cü, 6.1-6.3-cü bəndlərində, 3.2.1-ci, 4.12.4-4.12.6-cı və 4.12.13-cü yarımbənd­lərində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2019-cu il 19 sentyabr tarixli 415 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1569; 2021, № 7, maddə 873) ilə təsdiq edil­miş “Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası”nın 2.1.5-ci yarımbəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2020, № 2, maddə 213) ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin 2.7-ci bəndində “Təh­sil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2020, № 4, maddə 501; 2022, № 4, maddə 412, № 10, maddə 1221) ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibət­də digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 2.1-ci bəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə, 2.3-cü və 2.4-cü (birinci cümlədə) bəndlərində “Təhsil” sözü “elm və təhsil” söz­ləri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2020-ci il 30 aprel tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2020, № 4, maddə 502; 2022, № 6, maddə 674) ilə təsdiq edilmiş “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nın 2.4-cü bəndində və 3.3-cü bəndinin birinci cümləsin­də “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

12. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2020-ci il 30 aprel tarixli 157 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2020, № 4, maddə 503) ilə təsdiq edilmiş “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”nın 1.2-ci bəndində (ikinci halda) “Təhsil” sözü “Elm və Təhsil” söz­ləri ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2020, № 8, maddə 1097; 2021, № 11, maddə 1296) ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə et­dikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisası­nı təsdiq edən sənədin verilməsi Qaydası”nın 1.2-ci və 1.4-cü bəndlərində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

14. “Azərbaycan Respublikası Təhsil Na­zirliyinin tabeliyində Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 avqust tarixli 299 nömrəli Qərarında (Azərbay­can Respublikasının Qanunvericilik Toplusu, 2020, № 8, maddə 1116; 2022, № 5, maddə 548, № 8, maddə 994) aşağıdakı dəyişikliklər edilsin:

14.1. 4.2-ci bənddə və 5-ci hissədə “Təh­sil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin;

14.2. həmin Qərarla təsdiq edilmiş “Peşə Təhsilinin İnkişafı Fondunun Nizamnaməsi” üzrə:

14.2.1. 1.1-ci bənddə “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin;

14.2.2. 1.3-cü bənddə “təhsil” sözü “elm və təhsil” sözləri ilə əvəz edilsin;

14.2.3. 4.3-cü bənddə “Təhsil” sözü “elm və təhsil” sözləri ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2020-ci il 16 oktyabr tarixli 398 nöm­rəli Qərarı (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2020, № 10, maddə 1286; 2021, № 11, maddə 1259; 2022, № 3, maddə 269) ilə təsdiq edilmiş “Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri”nin 4.5.1-ci yarımbəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

16. “Bakı Mühəndislik Universitetinin Ni­zamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 6 iyun tarixli 223 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 6, maddə 664, № 8, maddə 994) aşağıdakı dəyişikliklər edilsin:

16.1. 2-ci hissədə “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin;

16.2. həmin Qərarla təsdiq edilmiş - “Bakı Mühəndislik Universitetinin Nizamnaməsi”­nin 1.1-ci, 1.3-cü (ikinci halda), 1.4-cü, 3.5-ci, 3.6-cı (ikinci halda), 4.4-cü, 4.5-ci, 4.6-cı (hər iki halda), 4.9-cu, 4.11-ci (hər üç halda), 5.5-ci, 5.6-cı, 5.11-ci, 6.1-6.3-cü bəndlərində, 3.2.1-ci, 4.10.4-cü, 4.10.5-ci, 4.10.7-ci və 4.10.14-cü yarımbənd-lərində “Təhsil” sözü “Elm və Təh­sil” sözləri ilə əvəz edilsin. 

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları