Qətər Dövləti Əmirinin müavini Abdullah bin Həməd Al Tanidən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Zati-alinizə davamlı uğurlar və firavanlıq, qardaş xalqınıza isə tərəqqi və rifah arzulayıram.

Dərin ehtiramla,

 

Abdullah bin Həməd Al Tani

Qətər Dövləti Əmirinin müavini

Məktublar