Xorvatiya İslam Cəmiyyəti Ali Şurasının sədri Müfti Əziz Həsənoviçdən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz qardaşım, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!

Bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə biz onun Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasında böyük xidmətlərini bir daha xatırlayırıq. Bu əlamətdar yubiley, həmçinin Heydər Əliyevin tolerantlıq və inklüzivlik baxımından nümunə olan firavan Azərbaycanın inkişafında nailiyyətlərini təqdir etmək üçün gözəl fürsətdir. Zati-aliləri Heydər Əliyev bizim hamımıza müasir dövlətin inkişaf yolunu göstərdi, eyni zamanda, dinindən, irqindən və mənşəyindən asılı olmayaraq bütün azərbaycanlıları öz ətrafında toplaya bildi.

Biz, həmçinin məmnunuq ki, cənab Əliyev, Siz liderliyinizlə bu ənənəni və bu yolu davam etdirirsiniz. Şübhəsiz ki, bu xidmətləriniz sayəsində Sizin dünya liderləri arasında müasir tarixdə xüsusi yeriniz var. Xorvatiyalı müsəlmanlar və mən Sizə və bütün Azərbaycan xalqına qarşıdakı illərdə böyük uğurlar arzulayırıq. Uca Allahdan Ulu Öndər Heydər Əliyevə rəhmət diləyir, Sizə və bütün dünya müsəlmanlarına cansağlığı arzulayıram.

Allah Sizin xeyirxah işlərinizi daim mükafatlandırsın!

Allah Sizi qorusun!

Dərin ehtiramla,

 

Müfti Əziz Həsənoviç

Xorvatiya İslam Cəmiyyəti Ali Şurasının sədri

Məktublar