“İşgəncələr məbədi – Şuşa həbsxanası”

post-img

Ötən gün Nizami Kino Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yardımı ilə “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi tərəfindən hazırlanmış “İşgəncələr məbədi - Şuşa həbsxanası” adlı sənədli filmin ictimai müzakirəsi keçirildi. 

Agentliyin İcraçı direktoru Aygün Əliyeva “Obyektiv” Milli Dəyərlərin Təb­liğinə Dəstək İctimai Birliyinin rəhbəri, tanınmış telejurnalist Mübariz Əsgəro­vun müəllifi olduğu “İşgəncələr məbə­di – Şuşa həbsxanası” sənədli filminin bu günlərdə televiziyalarda nümayiş etdirildiyini və böyük rezonans yaratdı­ğını bildirdi. A.Əliyeva xarici ölkələrdəki vətəndaş cəmiyyəti təsisatlarını, insan hüquq və azadlıqlarını müdafiə edən beynəlxalq təşkilatları Şuşa həbsxana­sı və burada işgəncələrə məruz qalmış əsirlərlə bağlı aşkara çıxan faktlara diqqət yetirməyə çağırdı.

Sonra film nümayiş etdirildi. Ekran işində üç keçmiş əsir – Cavid Hüsey­nov, Həbib Kazımov və Bayram Rüstə­movun Şuşa həbsxanasında keçirdiklə­ri ağrılı-acılı günlərindən bəhs edilir. Bu üç şəxsin əsirlik həyatı heç vaxt unuda bilməyəcəkləri dəhşətli hadisələrlə do­ludur. Onlar həbsxananın soyuq divar­ları arasında insanlığa sığmayan işgən­cələr altında “həyat” sürüblər. Hətta, əsirlərdən biri danışır ki, səhər açılanda istəmirdim oyanım, ölüb getmək, bu ağ­rılı və əzablı günlərin bitməsini arzula­yırdım. Bizi o qədər döyürdülər ki, artıq bədənimizdəki ağrıları belə hiss etmir­dik. Başa düşə bilmirdim, onlar insan­ları qanlarına qəltan etməkdən, onların həbsxana divarlarına çökən ah-naləsin­dən necə zövq ala bilirdilər?.. 

Beynəlxalq konvensiyalara və hüquq normalarına görə, münaqişələr zamanı əsir və girov götürülmüş şəxs­lərin qapalı yerlərdə saxlanılmasına yol verilmir. Lakin ermənilər bütün bu hüquqları pozaraq azərbaycanlı əsir­lərə olmazın işgəncələr vermiş, girovla­rın bəzisi isə bu əzablara dözməyərək canını tapşırmışdır. Filmdə üstü açılan dəhşətli faktları, işgəncələrlə öldürmə hallarını bu günlərdə Şuşa həbsxanası­nın ərazisində tapılmış kütləvi məzarlıq da təsdiq edir.

Çəkilişlər həm Şuşa, həm də Qo­bustan həbsxanasında aparılıb. 

Filmin quruluşçu rejissoru Nizami Mahmudov, səs rejissoru Anar Bayra­mov, operatorları Tural Əhmədov, Natiq İsayev və Rafiq Əliyevdir. 

Filmin nümayişi başa çatandan son­ra müzakirələr aparılıb. Tanınmış icti­mai xadimlər, QHT təmsilçiləri fikirlərini bölüşüblər. 

 

Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

Mədəniyyət