İstanbulda qəhvə sərgisi

post-img

Dünən İstanbulda qəhvə sərgisi açılıb. Haliç Konqres Mərkəzinə toplaşan həvəskarlar çeşidli qəhvələrdən dadmaq imkanı əldə ediblər. Burada
80-ə yaxın brend təmsil olunur.

Milli və beynəlxalq marka­ları bir araya gətirən sərgidə hər il 20 minə yaxın iştirakçı­nın iştirak etdiyini deyən təşki­latçı-koordinator Reha Kadak tədbirin, sadəcə, qəhvə istifa­dəçilərini maraqlandırmadı­ğını, həm də bu sahədə fəa­liyyət göstərən iş adamlarının diqqətini cəlb etdiyini deyib.

“Coffex İstanbul Sərgisi” Türkiyədə Qəhvə sənayesi və bu sənayeni dəstəkləyən paydaş məhsulları haqqında yeganə və ən əhəmiyyətli sər­gidir.

Qeyd edək ki, bu gün işini başa çatdıran sərgi hər il fərqli bir məkanda təşkil edilir. Sər­giyə indiyə qədər İstanbuldakı bir çox tarixi məkanlar evsa­hibliyi edib. 

Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

Mədəniyyət