Ümid şamınız sönməsin!

post-img

Dünən istedadlı yazıçı-publisist Elçin Nəsibin sülh, səmimiyyət, sevgi və ümid adlı 4 şamın taleyi ilə bağlı təqdim etdiyi ibrətamiz hekayət diqqətimi cəlb etdi. Orada yazılır: 

4 Şam səssizcə yanırdı. Otaqda elə bir sakitlik hökm sürürdü ki, şamların pıçıltı səsləri aydın eşidilirdi. Qapının arxasında dayanmış uşaq səssizcə da­yanaraq onların söhbətlərini dinləyirdi. 

Birinci şam: “Mən sülhəm. Ancaq heç kim mənim yanmağıma kömək etmək istəmir. Ətarfıma işıq saçmağa çalışsam da, bilirəm ki, sönəcəyəm”, - dedi və səssizcə söndü.

İkinci şam: “Mən səmimiyyətəm. Deyəsən, mənə heç kimin ehtiyacı yox­dur. Artıq yanmağımın da bir mənası qalmayıb”, - dedi və sönərək qaranlığa qərq oldu.

Üçüncü şam isə: “Mən sevgiyəm. Ancaq ətrafıma işıq saçmaq üçün gü­cüm çatmır. İnsanlar məni özlərindən uzaqlaşdırmağa çalışırlar. İndi onlar öz yaxınlarını da sevmirlər”, - deyərək bir göz qırpımında sönüb getdi.

Pıçıltıların kəsildiyini görən uşaq içəri girdi. Sönmüş şamlara baxaraq hönkür-hönkür ağlamağa başladı. 

Dördüncü şam yumşaq bir səslə uşağa təskinlik verərək dedi:

– Qorxma, nə qədər ki, mən yanı­ram, heç bir şam sönə bilməz. Çünki mən ümidəm.

Gözləri parıldayan uşaq ümid şamı­nı götürərək o biri şamları yandırdı...

Heç vaxt ümid şamınız sönməsin! 

 

Təqdim etdi: M.HACIXANLI, “Xalq qəzeti”

Mədəniyyət