Dünən İstanbulda qəhvə sərgisi açılıb. Haliç Konqres Mərkəzinə toplaşan həvəskarlar çeşidli qəhvələrdən dadmaq imkanı əldə ediblər. Burada
80-ə yaxın brend təmsil olunur.
Milli və beynəlxalq markaları bir araya gətirən sərgidə hər il 20 minə yaxın iştirakçının iştirak etdiyini deyən təşkilatçı-koordinator Reha Kadak tədbirin, sadəcə, qəhvə istifadəçilərini maraqlandırmadığını, həm də bu sahədə fəaliyyət göstərən iş adamlarının diqqətini cəlb etdiyini deyib.
“Coffex İstanbul Sərgisi” Türkiyədə Qəhvə sənayesi və bu sənayeni dəstəkləyən paydaş məhsulları haqqında yeganə və ən əhəmiyyətli sərgidir.
Qeyd edək ki, bu gün işini başa çatdıran sərgi hər il fərqli bir məkanda təşkil edilir. Sərgiyə indiyə qədər İstanbuldakı bir çox tarixi məkanlar evsahibliyi edib.
Fidan HÜQUQQIZI, “Xalq qəzeti”