Şəhriyarın yeni saytı yaradılıb

post-img

Şəhriyar təxəllüsü ilə tanınan, ustad şair Məhəmmədhüseyn Şəhriyarın yeni saytı yaradılıb.

Bu barədə layihənin rəhbəri, jurnalist Fərid Azəri məlumat verib.

Onun sözlərinə görə, 10 illik araşdırmanın nəticəsi olan sayt Azərbaycan, ingilis və fars dillərində fəaliyyət göstərəcək.

İnternet resursunda dahi şairin fotoşəkilləri, əlyazmaları, kitablarının elektron versiyaları, söylədiyi şeirlərin, o cümlədən müsahibələrinin səs yazıları, eləcə də İran və Türk əsilli alimlərin Şəhriyar yaradıcılığına həsr olunan elmi əsərləri toplanacaq.

Saytın videomaterialları arasında, həmçinin Türkiyə və İran televiziyalarında vaxtaşırı şairin xatirəsinə ithaf edilən verilişlər də yer alıb.

Layihə rəhbəri əlavə edib ki, yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək saytdan Şəhriyarsevərlərlə yanaşı, həm də onun həyat və yaradıcılığını araşdıran elm adamları da faydalana biləcək.

Qeyd edək ki, "Neyman Enterprise Technologies" şirkəti tərəfindən hazırlanan saytın maliyyə dəstəyini "Palmali" şirkətlər qrupu öz üzərinə götürüb.

Layihənin koordinatoru isə jurnalist Teymur Bayramovdur.

Fidan HÜQUQQIZI,
"Xalq qəzeti"

Mədəniyyət