Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) Ruandanın paytaxtı Kiqalidə keçirilən 73-cü Konqresində təşkilatın növbəti prezident seçkiləri baş tutub. “Futbol.hd” portalının məlumatına görə, yeganə namizəd Canni İnfantino yenidən nüfuzlu qurumun prezidenti seçilib. O, 2027-ci ilə qədər qurumun rəhbəri vəzifəsinə təsdiq edilib.
Qeyd edək ki, italiyalı futbol funksioneri ilk dəfə 2016-cı ildə səsvermənin ikinci turunda mümkün 207 səsdən 115 səs toplayaraq FIFA-nın prezidenti seçilib. 2019-cu ildə o, ikinci, bu dəfə isə üçüncü müddətə yenidən bu vəzifəyə təsdiq olunub.
Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”