Çin imperatorunun bahalı saatı

post-img

Çinin sonuncu imperatoru Pu İyə məxsus “Patek Philippe” saatı Honkonqda keçirilən hərracda 5,1 milyon dollara satılıb.

“Reference 96 Quantieme Lune” adlı saatın ümumi qiyməti 48,9 milyon Hon­konq dolları (təxminən 6,27 milyon dollar) təşkil edib.

Hərrac zamanı saatla yanaşı, impera­torun digər şəxsi əşyaları - yelpik, kitab­ça, həmçinin onun qohumlarından birinin rəsmləri də satışa çıxarılıb.

Qeyd edək ki, bundan əvvəl hərrac­da satılan ən bahalı saat Misir şahzadə­si Məhəmməd Əli Paşaya məxsus olub. 1946-cı il istehsalı olan “Patek Philippe” saatı 2021-ci ildə 9,5 milyon dollara satılıb.

F.HÜQUQQIZI, “Xalq qəzeti”

Maraqlı