Bezosun toyu İtaliyaya 1 milyard dollar qazandıracaq

post-img

Reuters: Bezos-Sançesin Venesiyada toyu İtaliyaya 1,12 milyard dollar qazandıracaq

Rəsmi olaraq toy yeni evlənənlərə təxminən 47-56 milyon dollara başa gəlib. Bununla belə, İtaliya Turizm Nazirliyinin məlumatına görə, toyun mətbuatda işıqlandırılması, eləcə də dolayısı ilə toy xərcləri büdcəyə daha bir milyard dollar gəlir gətirəcək. Təxminən 33,3 milyon dollar toya gələn qonaqlar üçün otel nömrələrinə, daha 20,6 milyon dollar isə nəqliyyat ödənişlərinə xərclənəcək.

Milyarder Ceff Bezos iyunun 26-da telejurnalist Lauren Sançeslə evlənib. "Page Six" tabloidində iddia olunur ki, Bezos və Sançes İtaliyaya getməzdən əvvəl ABŞ-da evləniblər.

Tədbirə ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp və əri Cared Kuşner, Opra Uinfri, Bill Qeyts, Leonardo Di Kaprio də daxil olmaqla 200-ə yaxın məşhur və biznes elitasının nümayəndələri dəvət olunub.

S.ELAY

XQ

Maraqlı