Pivə ilə işləyən motosiklet

post-img

ABŞ-da pivə ilə işləyən motosiklet icad edilib. İxtiranın müəllifi Kay Mayklsondur. Xəbəri “Amerikanın səsi” yayıb. 

Onun sözlərinə görə, motosikletə benzin mühərriki əvə­zinə xüsusi çəllək qu­raşdırılıb. Burada pivə 300 dərəcəyə qədər qızdırılır və motosiklet hərəkət edir.

Mayklsonun he­sablamalarına görə, motosiklet təxminən saatda 250 kilometr sürət yığmağa qadir­dir.

F.SALMANOVA, “Xalq qəzeti”

Maraqlı