Livan mətbuatında ümummilli liderlə bağlı məqalə dərc olunub

post-img

Türk  Ağsaqqalları İctimai Birliyinin idarə heyətinin sədri, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun Heydər Əliyevin yüzilliyi çərçivəsində hazırladığı yazı Livanın tanınmış “sadaeliklim.com” informasiya agentliyində yayımlanıb. 

“Ümummilli lider Heydər Əliyevin Azərbaycan-Livan münasibətlərindəki rolu” sərlövhəli yazıda Ulu Öndərin Azərbaycan-Livan münasibətlərinin qurulması və inkişafında göstərdiyi xidmətlərdən söz açılır. 

Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanla Livan arasında imzalanan müqavilələr və digər məsələlərdən bəhs edilir. Eyni zamanda, məqalədə Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyi önə çəkilir...

Yazıya bu linkdən daxil olmaq mümkündür:

https://sadaeliklim.com/?p=6802&fbclid=IwAR1LZVvRYXld4sbjZRB860IKVPNBZruqYZUFnpg2hSz7Ic_tLBeluCyZoM0

Anar ƏLİ,

“Xalq qəzeti”

Son xəbərlər