İlon Mask "Twitter"in baş direktoru vəzifəsindən getdi

post-img

İlon Mask "Twitter" sosial şəbəkəsinin baş direktoru vəzifəsinndən gedib.

“Xalq qəzeti” xəbər verir ki, onun yerini rəsmi olaraq keçmiş "NBCUniversal"ın reklam direktoru Linda Yakkarino tutub.

Bakı vaxtı ilə saat 07:00 radələrində twitində L.Yakkarino sosial şəbəkənin rəhbəri kimi işə başladığını elan edib və bildirib ki, bu, onun üçün yeni vəzifəsində ilk gündür.

Anar ƏLİ,

“Xalq qəzeti”

Son xəbərlər