Tərtər rayonunda partlayış

post-img

Mayın 27-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində təhlükəli əraziyə daxil olan tikinti şirkətinin əməkdaşının naməlum partladıcıya toxunması zamanı hadisə baş verib.

Azərbaycan Respublikasının Mi­natəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən qəzetimizə bildirilib ki, partlayış hadisəsi nəticə­sində 1986-cı il təvəllüdlü Əsgərov Məsim Həsən oğlu xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, sol əlin 4 barmağının travmatik amputasiyası edilib. Həyatına təhlükə yoxdur.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa çağırır.

“Xalq qəzeti”

Son xəbərlər