Rusiya MN: Belqorod vilayətində silahlı dəstənin 70-dən çox üzvü məhv edilib

post-img

Rusiya Müdafiə Nazirliyi (MN) ilk dəfə Belqorod vilayətində baş verən toqquşmalara münasibət bildirib. Məlumatı “Lenta.ru” informasiya saytı yayıb. 

Rusiya MN-dən verilən açıqlamada Belqorod vilayətində keçirilən anti-terror əməliyyatı zamanı millətçi birləşmələrin bloklandığı və məhv edildiyi bildirilib.

"Artemovskda (Baxmut Ukrayna -red) məğlubiyyətə uğrayan Kiyev re­jimi dinc əhaliyə qarşı terror aktları törətməyə başlayıb. Keçirilən anti-terror əməliyyatı zamanı millətçi birləşmələr bloklanıb və məhv edilib. Belqoroda sızan millətçilərin qalıqları Ukrayna əra­zisinə qaçıb və orada tamamilə məhv edilənə qədər atəşə tutulmağa davam edib. Onların 70-dən çoxu öldürülüb, dörd zirehli maşın və beş pikap məhv edilib", – deyə Rusiya MN-nin açıqla­masında qeyd olunub.

“Xalq qəzeti”

Son xəbərlər