Pakistanın sabiq Baş nazirinin həbsi təxirə salınıb

post-img

İslamabadın Apellyasiya Məh­kəməsi Pakistanın sabiq Baş naziri, “Ədalət naminə hərəkat” partiyasının sədri İmran Xanın həbsinə verilən orderin qüvvəsini iyunun 8-dək dayandırıb.

Pakistandakı “Davn” qəzeti xəbər verir ki, İmran Xan məhkəməyə gələrək azad olunması üçün girov ödəyib. Özünə qarşı irəli sürülən bütün ittiham­ları rədd edərək onları siyasi sifariş ad­landıran sabiq Baş nazir tərəfdarlarını dinc etiraz aksiyalarına səsləyib.

İmran Xan korrupsiyada və həyat yoldaşına məxsus “Əl-Qadir trast” fon­du vasitəsilə çirkli pulların yuyulmasın­da şübhəli bilinir. O, həmçinin mayın 9-da həbs olunan zaman təhlükəsizlik qüvvələrinə qarşı zor işlətməkdə ittiham edilir. 

Yeri gəlmişkən, siyasətçinin həb­si ölkənin iri şəhərlərində, o cümlədən Abottabad, İslamabad, Lahor, Peşa­var, Ravalpindi, Sialkot, Feysəlabad və Haripurda kütləvi nümayişlərə səbəb olub. Eyni zamanda, bəzi regionlarda nümayişçilərlə polis arasında şiddət­li toqquşmalar baş verib. Mayın 12-də Pakistan Ali Məhkəməsi siyasətçinin həbsini qanunsuz hesab edərək onu azadlığa buraxıb.

Xatırladaq ki, İmran Xan 2022-ci ilin aprelində parlamentin aşağı palatası­nın etimadsızlıq səsverməsi nəticəsin­də Baş nazir postundan uzaqlaşdırılıb. Onu bu vəzifədə Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif əvəzləyib.

“Xalq qəzeti”

Son xəbərlər