Rusiya Müdafiə Nazirliyi (MN) ilk dəfə Belqorod vilayətində baş verən toqquşmalara münasibət bildirib. Məlumatı “Lenta.ru” informasiya saytı yayıb.
Rusiya MN-dən verilən açıqlamada Belqorod vilayətində keçirilən anti-terror əməliyyatı zamanı millətçi birləşmələrin bloklandığı və məhv edildiyi bildirilib.
"Artemovskda (Baxmut Ukrayna -red) məğlubiyyətə uğrayan Kiyev rejimi dinc əhaliyə qarşı terror aktları törətməyə başlayıb. Keçirilən anti-terror əməliyyatı zamanı millətçi birləşmələr bloklanıb və məhv edilib. Belqoroda sızan millətçilərin qalıqları Ukrayna ərazisinə qaçıb və orada tamamilə məhv edilənə qədər atəşə tutulmağa davam edib. Onların 70-dən çoxu öldürülüb, dörd zirehli maşın və beş pikap məhv edilib", – deyə Rusiya MN-nin açıqlamasında qeyd olunub.
“Xalq qəzeti”