Sergey Şoyqu: Qafqaz regionunda vəziyyət Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanma səviyyəsi ilə müəyyən olunur

post-img

Qafqaz regionunda vəziyyət bir çox hallarda Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanma səviyyəsi ilə müəyyən olunur.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu fikirləri RF-nin müdafiə naziri Sergey Şoyqu Minskdə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında deyib.

RF-nin müdafiə nazirinin sözlərinə görə, Qərb Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməyə, öz iştirakını artırmağa və Rusiyanın sülhməramlı siyasətini nüfuzdan salmağa çalışır.

O qeyd edib ki, Qərb üçün başlıca məsələ “uzunmüddətli perspektivdə regionda təhlükəsizliyi və tərəqqini təmin etmək deyil, Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır”.

“Avropa İttifaqının sözdə mülki missiyası buna misaldır. Bu missiyanın tərkibinə hərbi qulluqçular və xüsusi xidmətlərin əməkdaşları daxil edilib. Düşünürəm ki, onların əslində nə ilə məşğul olmalarını izah etməyə ehtiyac yoxdur... Bununla bağlı KTMT missiyasının regiona yönləndirilməsi üzrə işin davam etdirilməsini zəruri hesab edirik”, - deyə S.Şoyqu bildirib.

Son xəbərlər