Mərakeşin Kralı VI Məhəmməddən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, əziz Qardaşım.

Azərbaycan Respublikası özünün Müstəqillik Gününü qeyd etdiyi bir vaxtda Zati-alinizə şəxsən öz adımdan və Mərakeş xalqı adından ən səmimi təbriklərimizi, möhkəm cansağlığı və xoşbəxtlik arzularımızı çatdırmaqdan böyük məmnunluq duyuram. Həmçinin Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqına daha böyük inkişaf və tərəqqi arzulayıram.

Zati-aliləri, əminəm ki, xalqlarımızın qarşılıqlı rifahı naminə ölkələrimiz arasında mövcud olan sıx qardaşlıq əlaqələrini möhkəmləndirməkdə, əməkdaşlığımızı bütün sahələrdə inkişaf etdirməkdə Siz də mənim qədər maraqlısınız.

Hörmətlə,

 

VI Məhəmməd

Mərakeşin Kralı

Məktublar