AŞ komissarı işgəncəyə məruz qalan Azərbaycan əsgərinin fotosunun yayılmasını vəhşilik adlandırıb

post-img

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç işgəncələrə məruz qalmış azərbaycanlı əsgərin fotosunun sosial şəbəkələrdə yayılmasını vəhşilik adlandırıb.

“Report”un Fransa bürosu bildirir ki, bu fikirləri o, Avropa Şurasının yaz sessiyası zamanı söyləyib.

“İşgəncələrə məruz qalmış azərbaycanlı əsgərin fotosunun sosial şəbəkələrdə yaymaq vəhşilikdir”, - o qeyd edib.

Komissar azərbaycanlıların yalnız son müharibə zamanı deyil, bundan əvvəlki dövrlərdə də işgəncələrə məruz qaldığını xatırladıb.

“Azərbaycanlı əsgərin adının çəkilərək işgəncələrə məruz qalmış şəkildə sosial şəbəkələrdə şəklini yaymaq onun və ailəsinin ləyaqətini alçaltmaqdır” - o vurğulayıb.

Son xəbərlər