Formula 1 Azərbaycan Qran-Prisinə bütün tribuna biletləri satılıb

post-img

Bakı yarışının 12 tribunasının bütün tribuna biletləri alınıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə “Gözlənilməzə hazır ol” şüarı ilə keçirilən və ölkəmizin yeddinci dəfə ev sahibliyi edəcəyi 2023 Formula 1 Azərbaycan Qran-Prisinə bütün tribuna biletlərinin satıldığını bildirir.  

Aprelin 28-30-da baş tutacaq bu yarışda rekord sayda - dünyanın 100-dən çox fərqli ölkəsindən gələn ən böyük azarkeş qrupunu Bakıda qarşılayacağıq. Yarış həftəsonunda dünyanın dörd bir yanından gələn turistlər Formula 1 Azərbaycan Qran-Prisində öz ölkəsini azarkeş qismində təmsil edəcək. 

BŞH-nın baş direktoru Maqsud Fərzullayev bütün biletlərin satılması ilə bağlı fikirlərini bölüşüb: “2023 Formula 1 Azərbaycan Qran-Prisinə sayılı günlər qalmış bütün tribunalara olan yerləri satdığımızı elan etməkdən məmnunuq. Bu il biz ötən illərlə müqayisədə rekord sayda azarkeşi qarşılayıb, bu yarışı daha da yaddaqalan şəkildə keçirməyi hədəfləyirik. Formula 1 yarışının paytaxtımıza qayıtmasına son günlər qalmış əsas məqsədimiz hər kəsə unudulmaz bir təcrübə yaşatmaqdır. Bakı Şəhər Halqası olaraq biz bu yarışa tam hazırıq və yarış həftəsonunda bütün azarkeşləri səbirsizliklə gözləyirik!”

İdman