Fransızların əksəriyyəti Makronun yenidən prezident seçilməsinə təəssüflənir

post-img

BFM TV-nin sorğusuna əsasən, fransızların təxminən 70%-i Fransa prezidenti Emmanuel Makronun bir il əvvəl yenidən seçilməsini “ölkə üçün pis hadisə” adlandırıb.

"İnterfaks" xəbər verir ki, respondentlərin 69%-i bu fikri bölüşür.

Respondentlərdən, həmçinin prezidentin siyasi həyatın müxtəlif sahələrində fəaliyyətini qiymətləndirmələri xahiş olunub. Fransızların 79%-i Makronun səhiyyə sahəsində, 77%-i təhsil və immiqrasiya sahəsində fəaliyyətini qeyri-kafi hesab edir.

Sorğu, həmçinin göstərib ki, respondentlərin 60%-i Fransanın beynəlxalq aləmdəki rolundan və Makronun beynəlxalq münaqişələrlə bağlı fəaliyyətindən narazıdır.

Minə yaxın insanın iştirak etdiyi sorğu aprelin 22-24-də keçirilib.

S.ELAY,

"Xalq qəzeti"

Dünya