Kuklaçılar bu dəfə  Qusarda

post-img

"Heydər Əliyev-100" və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə paytaxtda fəaliyyət göstərən bir sıra teatrların bölgələrə yeni qastrol səfərlərinə start verilib.
Layihə çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrı Qusara səfər edib.

Belə ki, kuklaçılar aprelin 24-də Qusar Dövlət Ləzgi Dram Teatrının binasında sənətsevərlərə “Məlikməmməd” tamaşasını nümayiş etdiriblər.
Sənət ocağının repertuarındakı bu maraqlı tamaşa eyniadlı Azərbaycan xalq nağılı əsasında hazırlanıb. 

Nümunənin əsas ideyası uşaq və yeniyetmələrə cəsarət, dürüstlük və mübarizlik aşılamaqdır.
Məlikməmməd məşhur nağıl personajı, cəngavərlik nümunəsidir.

Rejissor klassik nağılı İkinci Qarabağ müharibəsi, tarixi zəfərimiz ilə əlaqələndirməklə ona fərqli prizmadan baxmağa, dövrümüzün real qəhrəmanları və hadisələri ilə bağlamağa nail olub.

Birhissəli uşaq tamaşasının quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir.

Musiqi tərtibatlı tamaşa ənənəvi kukla üslubunda hazırlansa da bura  uşaqlar üçün maraqlı olan müasir elementlər də daxil edilib.
Anşlaqla keçən tamaşa qusarlı teatrsevərlər tərəfindən rəğbətlə qarşılanıb.









Mədəniyyət