İcra hakimiyyətində tədbir

post-img

Kəlbəcər Rayon İcra Hakimiyyəti rayonun erməni qəsbkarları tərəfin­dən işğal olunmasının 30-cu ildönü­mü ilə əlaqədar tədbir keçirib. İdarə, müəssisə rəhbərləri və rayon ictima­iyyəti nümayəndələrinin iştirak etdiyi tədbir ümummilli lider Heydər Əliye­vin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Kəl­bəcərin işğalından və bu günündən bəhs edən sənədli filmə baxılıb.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, Vətən müharibəsi şəhidinin atası Elxan Bayramov, rayon ağsaqqalı Musa Əziz və şair, yazıçı, pedaqoq Elşən Əzim rayonun işğaldan əvvəlki və hazırkı və­ziyyətini geniş şəkildə təhlil edərək bildi­riblər ki, kəlbəcərlilər hər zaman Ali Baş Komandanın qətiyyətinə və iradəsinə inanaraq doğma torpaqlarına qayıda­caqlarına heç vaxt şübhə etməyiblər.Və şükürlər olsun ki, biz “Dəmir yumruğ”un nəticəsində doğma Kəlbəcərimizə qayıt­mışıq. Buna görə də hər bir kəlbəcərli Prezident İlham Əliyevə və Müzəffər Or­dumuza minnətdardır. 

Rayon sakinləri bundan sonra da bir yumruq kimi Ali Baş Komandanın ətrafın­da sıx birləşəcəklərini, Kəlbəcərin yeni­dən qurulmasında var gücləri ilə çalışa­caqlarını bildiriblər.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Son xəbərlər