Slovakiya Ukraynaya MiQ-29 verəcək

post-img

Slovakiyanın müdafiə naziri vəzifəsini icra edən Yaroslav Nad Kiyevə MiQ-29 qırıcı təy­yarəsi və “Kub” zenit-raket kompleksinin veril­məsi ilə bağlı hökumətlərarası sazişi imzalayıb. Bu ölkənin prezidenti və parlament sədri də qə­rarla razıdır. Məlumatı “İzvestiya.ru” verib.

Bundan əvvəl Polşa da Ukraynaya MiQ-29 təy­yarələrinin veriləcəyini bildirib. ABŞ-ın Dövlət katibi Entoni Blinken bu addımları dəstəkləyərək deyib ki, Kiyevə hansı silahların verilməsi barədə qərarı müttəfiqlərin özləri qəbul edirlər. 

Ukraynanın şərqində isə müxtəlif istiqamətlərdə Rusiya qüvvələrinin hücumları davam edir. Əsas hədəf yenə də Baxmutdur. Şəhər uğrunda döyüşlər səngimir. Zaporojye istiqamətində də zərbələr endi­rilir. Məlumatı UNİAN verib. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər

About Us

The argument in favor of using filler text goes something like this: If you use arey real content in the Consulting Process anytime you reachtent.

Instagram