Türkiyə Finlandiyaya “yaşıl işıq” yandırdı

post-img

Finlandiya Ankaranın təhlükəsizlik sahəsin­də narahatlıqları ilə bağlı səmimi və konkret ad­dımlar atıb. İsveçdən fərqli olaraq, Finlandiya­da terrorçulara dəstək aksiyalarının olmaması NATO üzvlüyünə ərizələrə ayrılıqda baxılması barədə qərar qəbul edilməsinə səbəb olub. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Məlumatı “Anadolu” verib. 

Ərdoğan Finlandiya Prezidenti Sauli Niinistö ilə danışıqlardan sonra NATO-nun Baş katibi Yens Stoltenberqə zəng edib və NATO-ya üzvlük prose­si ilə bağlı Finlandiyanın İsveçdən müsbət şəkildə fərqləndiyini, onunla bağlı qərarın parlamentə gön­dərildiyini ifadə edib. O qeyd edib ki, İsveçlə bağlı prosesin necə gedəcəyi bu ölkənin atacağı konkret addımlarla bağlı olacaq.

Stoltenberq Türkiyənin Finlandiyanın NATO-ya üzvlüyünün ratifikasiyası ilə bağlı qərarını alqışla­dığını bildirib. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər