Ordunun kadr işçilərinin kursu başa çatıb

post-img

Azərbaycan Ordusunda kadr orqanı işçilərinin nəzəri biliklərinin və praktiki vərdişlərinin daha da yüksəldilməsi məqsədilə keçirilən təkmilləşdirmə kursu başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xid­mətindən AZƏRTAC-a bildirilib ki, Milli Müdafiə Universitetinin Hərbi İdarəet­mə İnstitutunda təşkil olunan sınaq imtahanın sonunda buraxılış mərasimi keçirilib.

Buraxılış mərasimində çıxış edən Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini – Kadrlar İdarəsinin rəisi ge­neral-mayor Elçin Xəlilov kadr orqanı işçilərinin təkmilləşdirilməsi, bu sahədə nailiyyətlərin əldə edilməsi üzrə Azər­baycan Ordusunda aparılan işlərdən danışıb. İdarə rəisi qeyd edib ki, Prezi­dent, Silahlı Qüvvələrin Ali Baş Koman­danı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar müasir tələblər çərçivəsində təkmilləşdirilir.

Sonra general-mayor E.Xəlilov kurs iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından təbrik edib, onlara gələcək xidməti fəaliyyətlərinə dair tövsiyələrini verərək uğurlar arzulayıb.

Qeyd edək ki, kurs müddətində dinləyicilərə Azərbaycan Ordusunda müasir innovativ metodlardan istifadə etməklə uğurlu kadr siyasətinin real­laşdırılması haqqında mühazirələr oxu­nub. Şəxsi heyətin uçotunun aparılma­sı və təltif edilməsi, onlara fəxri adların və mükafatların verilməsi qaydaları öyrədilib.

Bundan əlavə, hərbi xidmətə qəbul, planlı şəkildə yerdəyişmə (rotasiya), ehtiyata və istefaya buraxılma qayda­ları, həmçinin hərbi qulluqçuların sosial məsələləri və xidmətlə bağlı digər zəru­ri mövzularda məşğələlər keçirilib.

Son xəbərlər