Naxçıvanda “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçiriləcək

post-img

Martın 10-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Naxçıvanda “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Naxçıvanda səfərdə olan konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Sonra Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavini Şahmar Məmmədov, aparat rəhbəri Bayram Orucov, "Yüksəliş" müsabiqəsinin qalibi Ramil Abulov Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüblər.

Səfər çərçivəsində konfrans iştirakçıları Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında vəkillərlə görüşüb, vəkillik işinin Naxçıvanda inkişaf etdirilməsi istiqamətində mövcud problemlər müzakirə olunub, gələcəkdə yeniliklərin olacağı diqqətə çatdırılıb. 

Anar Bağırov bildirib ki, ilk növbədə, Naxçıvanda vəkillərin sayının artmasına ciddi ehtiyac var. Hazırda Naxçıvanda 16 vəkil fəaliyyət göstərir ki, bu da çox aşağı göstəricidir. Burada yeni vəkil qurumları yaradılmalı, eyni zamanda fərdi vəkillərin fəaliyyəti üçün şərait olmalıdır. Vətəndaşların keyfiyyətli hüquqi yardıma əlçatanlığının təmin olunması üçün vəkillərin sayının kifayət qədər olması mühüm məsələlərdəndir.

Tədbirdə bildirilib ki, 5 il öncə Azərbaycan Respublikasında 850 vəkil fəaliyyət göstərirdisə, bu gün onların sayı 2300-dür.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri sonra Naxçıvan Dövlət Universitetində professor-müəllim heyəti və tələbələrlə görüşüb, müzakirələr aparıblar.

Universitetin rektoru Elburus İsayev Hüquq fakültəsi barədə məlumat verərək bildirib ki, fakültə 1996-cı ildə yaradılıb. Hazırda 514 tələbə bu fakültədə təhsilini davam etdirir. 1996-cı ildən bu günə kimi 3126 tələbə fakültədən məzun olub. Sevindirici haldır ki, bu gün NDU-nun məzunları dövlət orqanlarında uğurla fəaliyyət göstərirlər. Universitet ilə Baş Prokurorluq arasında anlaşma memorandumu da imzalanıb.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib: “Çox sevindirici haldır ki, Azərbaycanda belə müasir, inkişaf etmiş ali təhsil müəssisələri fəaliyyət göstərir. Biz istəyirik ki, NDU ilə münasibətləri daha da genişləndirək, memorandum imzalayaq”.

Sonra Vəkillər Kollegiyasının fəaliyyəti ilə bağlı videoçarx təqdim olunub.

ELSA-nın (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) Azərbaycan nümayəndəliyinin prezidenti Rəhim Abbasov qurum haqqında geniş məlumat verib və tələbələrin bu proqrama qoşula biləcəkləri barədə onları məlumatlandırıb. Həmçinin bir neçə müsabiqə barədə fəaliyyəti diqqətə çatdırıb. Rəhim Abbasov ELSA Azərbaycana dəstək göstərildiyinə görə universitetin rektoru Elbrus İsayevə təşəkkürnamə təqdim edib.

Sonra simulyativ məhkəmə prosesindən videoçarx təqdim olunub, tələbələrin  sualları cavablandırılıb.

NDU ilə Azərbaycanın Vəkillər Kollegiyası arasında əməkdaşlıq barədə memorandum imzalanıb.

Daha sonra ELSA Azərbaycan nümayəndəliyinin prezidenti Rəhim Abbasovun sədrliyi ilə "Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsi - Naxçıvan" adlı müsabiqə keçirilib. Tərəflərdən biri qalib olub və ELSA-nın bütün hüquq fakültələri arasında keçirdiyi milli məhkəmə müsabiqəsində iştiraka vəsiqə qazanıb.

Qeyd edək ki, “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans sabah keçiriləcək.

10:39

Martın 10-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Naxçıvanda “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Naxçıvanda səfərdə olan konfrans iştirakçıları bu gün Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Sonra qonaqlar Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüblər.

Səfər çərçivəsində konfrans iştirakçıları Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında vəkillərlə, eləcə də Naxçıvan Dövlət Universitetində professor-müəllim heyəti və tələbələrlə görüş və müzakirələr keçirəcəklər. Universitetlə anlaşma memorandumu imzalanacaq.

Konfransdan sonra Vəkillər Kollegiyasının inzibati binasında pulsuz hüquqi yardım aksiyası keçiriləcək.







Son xəbərlər