Taekvandoçularımız Gürcüstanda 4 medal qazanıblar

post-img

Mayın 2-si və 3-də Gürcüstanda taekvondo üzrə “Georgian Liga Open” turniri keçirilib.

Yarışda ölkəmizi təmsil edən Masallı Taekvondo Klubunun təmsilçiləri uğurla çıxış edərək ümumilikdə 1 qızıl, 3 bürünc medal qazanıblar.

Kiçik yeniyetmələr arasında Ayan Əliyeva (27 kq) qızıl, Yunis Həşimli (24 kq) və Əli Əliyev (27 kq) bürünc medallara sahib çıxıblar. Yeniyetmələr arasında yarışda Zaur Rəsulzadə (45 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Qabil YUSİFOĞLU
XQ 









İdman