Naxçıvan şəhərində I Kardiologiya Forumu təşkil olunub.
XQ xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş "Naxçıvan Sağlamlıq Günləri" çərçivəsində I Naxçıvan Kardiologiya Forumu keçirilir.
Forumda ölkənin tanınmış kardioloqları, tibb mütəxəssisləri və səhiyyə nümayəndələri iştirak edirlər. Tədbir çərçivəsində ürək-damar xəstəliklərinin müasir diaqnostikası və müalicə üsulları, innovativ yanaşmalar, eləcə də səhiyyə sahəsində aktual məsələlər müzakirə olunur.
Qeyd olunub ki, tədbirin əsas məqsədi kardiologiya sahəsində biliklərin artırılması, müasir tibbi yanaşmaların tətbiqinin təşviqi və regionda səhiyyə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsidir.

