Məhsullarımız Belarusa da göndəriləcək

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov Belarusun nüfuzlu topdansatış şəbəkəsinin rəhbəri Andrey Drozden ilə görüşüb.

Mərkəzdən qəzetimizə bildiri­lib ki, müzakirə zamanı A.Qədəşov “Azexport.az”ın fəaliyyəti barədə ətraflı məlumat verib, eyni zamanda, adıçəkilən portalda olan Azərbaycan məhsullarının onlayn nümayişini hə­yata keçirib.

Andrey Drozden də rəhbərlik et­diyi şirkətin fəaliyyəti barədə təqdi­mat edib. Daha sonra isə Belarusa Azərbaycan məhsullarının ixracı üçün ilkin anlaşmanın qeydə alındı­ğını bildirib. Belarusun nüfuzlu top­dansatış şəbəkəsinin rəhbəri xarici sahibkarlara müvafiq prosedurların başlanılması üçün istehsalçı şirkət­lərlə əlaqələrin qurulmasında dəstək göstərildiyini də vurğulayıb.

 

“Xalq qəzeti”

İqtisadiyyat