Aqrar sektorda artım 3 faizdən çox olub

post-img

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 895,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz çoxdur.

Məlumatda, həmçinin bildirilir ki, son bir ildə ölkədə istehsal edilmiş bit­kiçilik məhsullarının dəyəri 1,9 faiz ar­taraq 46,4 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,4 faiz arta­raq 849,2 milyon manat təşkil edib.

Martın 1-nə qədər Azərbaycanın əksər rayonlarında yazlıq bitkilərin əki­ninə başlanılıb. 54,7 min hektar sahə­də yazlıq bitkilər, o cümlədən 8,6 min hektar sahədə dənli və dənli paxlalı bit­kilər (qarğıdalı daxil olmaqla), 14,7 min hektar sahədə kartof, 11,1 min hektar sahədə tərəvəz, 19,9 min hektar sahə­də yemlik bitkilər, 0,3 min hektar sahə­də texniki bitkilər əkilib. Təsərrüfatlarda yanvar-fevral aylarında 39,5 min ton və yaxud keçən ilin müvafiq dövrünə nis­bətən 0,8 faiz çox tərəvəz məhsulları istehsal edilib.

Yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 90,4 min ton ət, 322,3 min ton süd, 355,6 milyon ədəd yumurta istehsal olunub.

 

“Xalq qəzeti”

İqtisadiyyat