İqtisadi fəal əhalinin 49 faizini qadınlar təşkil edir

post-img

Ölkəmizdə qadın sahibkarlığı inkişaf edir. Statistikaya əsasən, fərdi sahibkarlar arasında qadınların çəkisi 22 faizə çatıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumunda söyləyib.

O bildirib ki, iqtisadi fəal əhalinin 49 faizini məhz qadınlar təşkil edir. Bu da davamlı sosial-iqtisadi inkişafın gücləndirilməsində qadınların kifayət qədər rolunun olduğunu göstərir.

“Sosial sahibkarlığın təşviqi məqsədilə biz müxtəlif regionlarda, xüsusilə Kiçik və Orta Biznes İnkişaf Mərkəzləri vasitəsilə fəaliyyət göstəririk. Müxtəlif mövzularda treninqlər, master klasslar, bilik və bacarıqların artırılması istiqamətində təlimlər keçiririk. Ümumilikdə, ötən il həmin mərkəzlərdə keçirilən təlimlərdən 4000-ə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadın yararlanıb”,- deyə Orxan Məmmədov vurğulayıb.

İqtisadiyyat