Zeynəbdən inamlı qələbə

post-img

Azərbaycan boksçusu Zey­nəb Rəhimova Hindistanın pay­taxtı Yeni Dehlidə keçirilən Dün­ya çempionatında ilk döyüşünə çıxıb. Azərbaycan Boks federa­siyasından qəzetimizə bildirilib ki, 54 kq çəkidə çıxış edən mil­limizin üzvü otuzikidəbir final çərçivəsində Lethokule Sibisi (CAR) ilə üz-üzə gəlib.

Hər 3 raundu aktivinə yazdı­ran Zeynəb Rəhimova yekunda 5:0 (30:25, 30:26, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, bu gün onaltıdabir finalda ilk mər­hələdən azad olan Kristin Gillespi (Yeni Zelandiya) ilə döyüşəcək. 

50 kq çəki dərəcəsində müba­rizə aparan Anaxanım İsmayılova (50 kq) isə ev sahibi Zarin Nixadla qarşılaşıb və rəqib mərhələ adla­yıb.

Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundi­alın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldı­ğı yarışın qalibi 100, finalçısı 50, bürünc medalçısı 25 min dollar qazanacaq.

 

Elçin AĞAMİRZƏ,

“Xalq qəzeti”

İdman