Cüdoçularımızdan Avropa kuboku yarışında 4 medal

post-img

Cüdoçularımız Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən Avropa kuboku yarışında 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar.

Təmsilçilərimizdən Ruslan Paşayev (66 kq), İbrahim Əliyev (73) çempion adına layiq görülüblər. Telman Vəliyev (73 kq) gümüş, Kamran Süleymanov (66 kq) bürünc medala sahib olublar.

Yarış mayın 21-dək davam edəcək. 

Leyla QURBANOVA,
“Xalq qəzeti”

İdman