Dürresdə yeni rekord

post-img

Albaniyanın Dürres şəhərində ke­çirilən yeniyetmələr arasında ağır at­letika üzrə dünya birinciliyinə davam edir. 60-dan çox ölkədən 322 (166 kişi + 156 qadın) atletin qatıldığı yarışda Azərbaycan atletləri də qüvvələrini sı­nayırlar.

Dürresdə körpücük üzərinə sonuncu olaraq təmsilçilərimizdən Ravin Alməm­mədov çıxıb. Qazaxın “Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi 73 kq çəki dərəcəsində mübarizə aparıb.

O, birdən qaldırma hərəkətində 136 kq-ı ram edib və bu hərəkətdən dünya birinciliyinin gümüş medalına sahib çıxıb.

Ravin təkanla qaldırma hərəkətində isə 167 kq-ı ram edib. O, bu hərəkətdə də gümüş medal qazanıb.

Alməmmədov bu çəkidə təkanla qaldırma hərəkətində türkiyəli Karaca Yaşara aid 163 kq-lıq Avropa rekordunu yeniləyib. Bununla yanaşı, 167 kq-ı ram etməklə atletimiz bu hərəkətin toplamın­da rumıniyalı Yonut Donoseyə aid 300 kq-lıq rekordu da geridə qoyub.

Toplam 303 kq (136+167) nəticə göstərən yekun sıralamada dünya birin­ciliyinin gümüş medalçısı adını qazanıb.

 

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman