Rəssamlar İttifaqında “İlin ən yaxşı əsəri” adlı yekun sərgi açılıb

post-img

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan rəssamlarının əsərlərindən ibarət “İlin ən yaxşı əsəri” adlı yekun sərgi açılıb.

İttifaqdan XQ-yə verilən məlumata görə, sərgidə Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin 50-dən çox əsəri, o cümlədən rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət əsərləri nümayiş etdirilib.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov rəssamları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib və sərgi haqda ətraflı məlumat verib.

Sərginin təşkilat komitəsi tərəfindən seçilmiş rəssam Nizami Atayevin “Toy” adlı rəngkarlıq əsəri “İlin ən yaxşı əsəri” elan olunub. Müəllifə Azərbaycan Rəssamlar İttifaqının sertifikatı və mükafatı təqdim edilib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərgi yanvarın 6-dək davam edəcək. Giriş sərbəstdir.











Mədəniyyət