AZCON Holding şirkətlərindən olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) Orta Dəhliz çərçivəsində fəaliyyətini 2025-ci ildə də uğurla davam etdirib.
QSC-dən XQ-yə bildirilib ki, 2025-ci ilin yanvar–noyabrında ASCO gəmiləri ilə Orta Dəhliz üzrə 18 542 TEU konteyner daşınıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur.
Xəzərdə 2025-ci ilin 11 ayında 716 460 ton quru yük daşınıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 51 faiz artım deməkdir.
Artan göstəricilər ASCO-nun Orta Dəhlizin inkişafında və regionun tranzit potensialının gücləndirilməsində mühüm rol oynadığını göstərir.


