Parisdə görüş

post-img

Azərbaycan Basketbol Federasi­yasının prezidenti Emin Əmrullayev, Fransaya səfəri zamanı Fransa Bas­ketbol Federasiyasının prezidenti Jan-Piyer Siyuta ilə görüş keçirib. 

Azərbaycan Basketbol Federasiya­sının mətbuat xidmətindən aldığımız məlumata görə, Parisdə keçirilən görüş zamanı iki ölkə arasında basketbol üzrə təcrübə mübadiləsinin aparılması və qar­şıdakı planlar barəsində söhbət baş tu­tub. Görüşün sonunda tərəflər bir-birinə simvolik milli hədiyyələr verib, xatirə şə­killəri çəkdiriblər. 

Qeyd edilib ki, may ayında Almaniya­nın Münxen şəhərində keçiriləcək seç­kilərdə FİBA-nın Avropa üzrə prezident­liyinə iki namizəddən biri məhz cənab Jan-Piyer Siyutadır.

 

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman